Hakan Çalhanoğlunun "Milan"la yeni müqavilə imzalamaq fikri yoxdur.
Offsideplus.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, PSJ də Türkiyə millisinin üzvü uğrunda transfer yarışına qoşulub. 27 yaşlı yarımmüdafiəçi ilə İtaliyanın "İnter", "Yuventus", İngiltərənin "Mançester Yunayted" klubları yaxından maraqlanır.
Qeyd edək ki, Çalhanoğlunun A Seriyası təmsilçisi ilə anlaşmasının müddəti iyun ayında başa çatır.