PSJ-nin ulduzu Neymar karyerasını yenidən İspaniyada davam etdirə bilər.

Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, braziliyalı məşhur klub rəhbərliyinin yeni müqavilə şərtləri ilə bağlı təklif etdiyi sənədə qol çəkməyə tələsmir. Çünki niyyəti "Barselona"ya qayıtmaqdır. İddiaya görə, Neymar yaxın ətrafına yenidən "Barsa"ya qayıtmaq və çətin günlərdə onu məşhurlaşdıran komandaya kömək etmək istədiyini bildirib. Əsas məqsədsə yenidən Lionel Messi ilə çiyin-çiyinə çıxış etməkdir. Xuan Laportanın gəlişindən sonra Messinin Kataloniyanı tərk etməyəcəyi böyük ölçüdə dəqiqləşib ki, belədə braziliyalı fərqli marşrut seçməyə məcbur olub.

Qeyd edək ki, Neymarın PSJ ilə müqaviləsinin müddəti 2022-nin yayına qədərdir. Fransızlar "10 nömrə"ni yayda satmasalar, böyük məbləğdə pul itirəcəklər.