PSJ-nin futbolçusu Alessandro Florentsi koronavirusa yoluxub.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 30 yaşlı italiyalı yarımmüdafiəçinin COVID-19 testi müsbət nəticə verib. Dərhal karantinə alınan futbolçu Çempionlar Liqasında "Bavariya" ilə oyunu buraxacaq.

Qeyd edək ki, PSJ "Bavariya" ilə aprelin 7-də Bakı vaxtı ilə saat 23:00-da qarşılaşacaq.