PSJ-nin argentinalı futbolçusuna Lionel Messi haqda danışmaq qadağası qoyulub.

Offsideplus.az  "Le Journal Du Dimanche"yə istinadla xəbər verir ki, klub rəhbərliyi Leandro Paredesə millidəki komanda yoldaşı barədə fikir bildirməyi yasaqlayıb. 26 yaşlı futbolçu açıqlamasında bunları deyib: "PSJ rəhbərliyi məndən Messi haqda danışmamağı xahiş edib. Ötən dəfə verdiyim açıqlamanın etik qaydalara uyğun olmadığını düşünürlər, halbuki bu, belə deyil. Messi gələcək karyerası ilə bağlı qərarı özü verəcək. Kiminsə ona nəsə deməsinə gərək yoxdur".

Qeyd edək ki, Paredeslə Messi Argentina millisində çiyin-çiyinə çıxış edirlər.