PSJ azarkeşlərinin Jerar Pikenin xanımı, məşhur müğənni Şakiranı təhqir etdiyini xəbər vermişdik.
Offsideplus.az xəbər verir ki, Fransa klubu iki gün öncə açılan plakata görə təəssüf hissi keçirir. PSJ-nin mətbuat katibliyinin yaydığı məlumatda deyilir: "PSJ gülünc və yersiz olan bu cür şüarları qətiyyətlə pisləyir".
Qeyd edək ki, fanatlar "Shakira a la Jonquera" (Şakira Jonqueraya) sözləri yazılmış plakat açmışdılar. Jonquera isə Fransa ilə İspaniyanın sərhədində yerləşən fahişəxanaları ilə məşhur qəsəbədir.