"Marsel" rəhbərliyi baş məşqçi Andre Villaş-Boaşla yolları ayırdıqdan sonra yeni çalışdırıcının axtarışına çıxıb.
Offsideplus.az "Le10Sport"a istinadən xəbər verir ki, klub rəhbərliyi "sükan" arxasına məşur italyan mütəxəssisi gətirmək istəyir. Belə ki, Marsel təmsilçisinin idman direktoru Pablo Lonqoriya Massimiliano Alleqrinin baş məşqçi postunda uğurlu olacağını düşünür. Artıq "Milan" və "Yuventus"un sabiq baş məşqçisi ilə danışıqlara start verilib.
Qeyd edək ki, son 4 oyunu məğlub başa vuran "Marsel" hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.