Kilian Mbappe PSJ ilə yeni müqavilə imzalamaqla bağlı son duruma aydınlıq gətirib.
Offsideplus.az "Get French Football News"a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu bunları deyib: “Hazırda heç nə deyə bilməyəcəm. Çünki düşünürəm. PSJ ilə danışıqlar da davam edir. Müqaviləni yeniləsəm, bu, uzun müddət burada qalacağım mənasını verəcək. PSJ-də özümü yaxşı hiss edirəm. Ən qısa zamanda qərarımı verməliyəm".
Qeyd edək ki, Mbappe bu mövsüm Liqa 1-də 17 matça çıxaraq, 14 qol vurub və 6 qolun ötürməsini verib.