"Barselona"nın heyətinə qatmağa hazırlaşdığı oyunçu ilə PSJ yaxından maraqlanır.

Offsideplus.az Mundo Deportivo-ya istinadən xəbər verir ki, "Mançester Siti"nin müdafiəçisi Erik Qarsiya Paris təmsilçisinin hədəfindədir. PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettino 20 yaşlı ispaniyalını heyətində istəyir.

Qeyd edək ki, cari mövsümün sonunda "şəhərlilər"lə müqaviləsi başa çatan Erik Qarsiyanın yayda Katalon klubuna keçəcəyi gözlənilir.