PSJ-nin yeni baş məşqçisi Maurisio Poçettinonun Paris klubundakı məvacibi məlum olub.
Offsideplus.az xəbər verir ki, “Le Parisien” nəşri argentinalı mütəxəssisin ilk mövsümündə 6,3 milyon avro qazanacağını yazıb.
Poçettinonun məvacibi ildən-ilə artırılacaq. 48 yaşlı mütəxəssis, gələn il 7,5 milyon avro, növbəti il isə 8,04 milyon avro qazanacaq. Poçettino PSJ-nin keçmiş çalışdırıcısı Tomas Tuxeldən ikiqat artıq maaş alacaq.
PSJ Poçettino ilə 2022-ci ilin yayına qədər müqavilə imzalayıb.