Maurisio Poçettinonun PSJ-də ilk transfer hədəfi məlum olub.

Offsideplus.az Daily Mail-ə istinadən xəbər verir ki, PSJ-nin yeni baş məşqçisi "Mançester Siti"nin hücumçusu Serxio Aqueronu heyətində görmək istəyir. Argentinalı mütəxəssis 32 yaşlı futbolçunu yayda transfer etmək niyyətindədir.

Qeyd edək ki, Serxio Aqueronun "Siti" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Bu səbəbdən, futbolçu istədiyi klubla danışıqlara girməkdə sərbəstdir.