PSJ-nin istefaya göndərdiyi Tomas Tuhelə ödəyəcəyi təzminat məbləği bəlli olub.
Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu Tuhelə və məşqçilər heyətinə 7 milyon avro ödəməli olacaq.
Buna səbəb klubun müqavilənin bitməsinə 6 ay qalmış alman mütəxəssisi istefaya göndərməsidir. Klub məşqçi ilə yolları ayırdıqları barədə xəbəri hələlik təsdiqləməsə də, Kilian Mbappe baş məşqçiyə vida paylaşımı edib.
Qeyd edək ki, Tuhel 2018-ci ildən PSJ-ni çalışdırırdı.