Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe istefaya göndərildiyi deyilən baş məşqçi Tomas Tuxellə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, fransız ulduz sosial şəbəkə hesabında etdiyi paylaşımda Tuxelin klub tarixinə adını yazdırdığını bildirərək ona təşəkkür edib.
Qeyd edək ki, Fransa mətbuatı Paris klubunun baş məşqçini müqaviləsinin bitməsinə 6 ay qalmış istefaya göndərdiyini yazsa da, klubdan hələ də bu barədə rəsmi açıqlama yaymayıb. Mbappenin paylaşımı isə istefa xəbərini təsdiqləyib.