Fransanın PSJ klubu baş məşqçisi Tomas Tuxeli istefaya göndərib.
Offsideplus.az "LEquipe"ə istinadən xəbər verir ki, rəhbərlik Paris təmsilçisinin Fransa çempionatının XVII turunda "Strasburq"u 4:0 hesabı ilə məğlub etdiyi oyundan sonra Tuxelə postundan gedəcəyini bildirib.
Qeyd edək ki, Tomas Tuxel 2018-ci ildə PSJ-yə baş məşqçi təyin olunub. 47 yaşlı almaniyalı mütəxəssisin müqaviləsinin bitməsinə 6 ay qalmışdı.