Fransanın “Lill” klubunun yeni sahibi dəyişib.

Offsideplus.az Liqa 1 təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klubun səhmlərini "Callisto Sporting" şirkəti alıb. "Renn"in sabiq prezidenti Olivye Letanq "Lill"in yeni baş direktoru təyin edilib.
Klub daha əvvəl "Victory Soccer Limited" kompaniyasına məxsus idi.
Qeyd edək ki, hazırda turnir cədvəlinə başçılıq edən "Lill" dekabrın 20-də Fransa çempionatının 16-cı turu çərçivəsində PSJ ilə qarşılaşacaq.