PSJ futbolçusu Xese Rodriqesi komandadan kənarlaşdırıb.
Offsideplus.az The Sun-a istinadən xəbər verir ki, ispaniyalı hücumçu Kanar adalarında sevgilisi Aurah Ruiz üçün əyləncə məclisi təşkil edib. Lakin məclisdə maskadan istifadə olunmayıb və sosial məsafə qorunmayıb. Bundan əlavə, Rodriqesin sevgilisi Ruizi onun rəfiqəsi Rokio Amarla aldatdığı bildirilir.
Qeyd edək ki, 2016-cı ildə "Real"dan PSJ-yə keçən Xese cəmi 18 oyuna çıxıb və 2 qol vurub. Rodriqes müxtəlif vaxtlarda "Las Palmas", "Stok Siti", "Betis" və "Sportinq" (Lissabon) kublarına icarəyə verilib, daha sonra Parisə dönüb. Gələn ilin yayınadək müqaviləsi olan futbolçu cari mövsümdə cəmi 22 dəqiqə forma geyinib. PSJ bir neçə dəfə onu satmaq istəsə də, ispan futbolçu yüksək maaşı səbəbindən bundan imtina etmişdi.
Komandadan qovulan Xese artıq azad agent statusu daşıyır.