PSJ-nin baş məşqçisi Unay Emeri yayda komandadan ayrılacağı barədə iddialara cavab verib.
Offsideplus.az xəbər verir ki, ispan mütəxəssis xarici mətbuata açıqlamasında deyilənlərin əksinə, heç bir klubla danışıq aparmadığını, PSJ-dəki işinə kökləndiyi söyləyib:
“Nə mən, nə də mənim yerimə başqa biri hansısa klubla görüşməyib. Hazırda PSJ-dəki işimə və əsas məqsədlərimizə köklənmişəm. Bunu açıqca deyirəm”.
Xatırladaq ki, Emerinin mövsümün sonunda İspaniya La Liqa təmsilçisi “Real Sosyedad”a keçəcəyi iddia edilir.
Bir müddət öncə PSJ rəhbərliyinin Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a məğlubiyyətin ardından Emeri ilə yolları ayırmaq qərarına gəldiyi, növbəti mövsümdə onu alman mütəxəssis Tomas Tuxelin əvəz edəcəyi barədə məlumat yayılmışdı.