İspaniya “Barselona”sının hücumçusu Antuan Qrizmann “Lion”un maraq dairəsinə düşüb.

Offsideplus.az xəbər verir ki, Liqa1 təmsilçisi Fransa millisinin üzvünü icarəyə götürmək niyyətindədir. Katalon klubu yeni baş məşqçi Ronald Kumanın ümidlərini doğrultmayan oyunçunu satmağa və ya icarəyə verməyə hazırdır.