Liqa1 təmsilçisi “Monpelye”də koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

Offsideplus.az xəbər verir ki, klub rəsmi saytı vasitəsilə dünən götürülən testlərin nəticəsinin 12 nəfərdə pozitiv çıxdığını yayıb. Onlardan 8-i futbolçu, 4-ü klub işçisidir. Adları açıqlanmayan həmin şəxslər karantinə alınıb. Bu səbəbdən bütün kollektivin yenidən testdən keçirilməsi barədə qərar qəbul olunub.