"Monako" klubunun baş məşqçisi Niko Kovaçda koronavirus aşkarlanıb.

Offsideplus.az xəbər verir ki, Fransanın "Monako" klubunun baş məşqçisi Niko Kovaç koronavirusa yoluxub.

Daha əvvəl komandanın iki nümayəndəsinin virusa yoluxduğu bildirilib. Adları açıqlanmayan şəxslər karantinə alınıblar.