"Çelsi" Fransanın "Nitsa" klubunun futbolçusu Malanq Sarr ilə razılığa gəlib. 

Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, London təmsilçisi 21 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalayacaq. 

Fransalı oyunçu yaxın günlərdə yeni klubunda tibbi müayinədən keçəcək. 

Qeyd edək ki, Malanq Sarr 2019/2020 mövsümündə Fransa klubunda 20 oyunda bir qol vurub.