"Kilian Mbappe və Neymar karyeralarının sonunadək PSG-də qalacaqlar".
Offsideplus.az xəbər verir ki, bunu Paris klubunun prezidenti Nasir əl-Xəlafi "Atalanta" ilə oyundan sonra bildirib.
Mbappenin son 30 dəqiqədə oynamasına baxmayaraq, hər iki hücumçunun ötən gün Çempionlar Liqasında “PSJ”nin “Atalanta”ya qalib gəlməsində böyük rolu var.
Neymar son dəqiqələrdə Markinyosun bərabərlik qolundan sonra qaçırdığı bəzi fürsətləri geri qazanmağa çalışarkən, Mbappe Erik Şupo-Motinqə məhsuldar ötürmə edərək PSJ-ni Çempionlar Liqasının yarımfinalına yüksəltməyə kömək edib.
Qeyd edək ki, “PSJ” “Atalanta”ya 2:1 hesabı ilə qalib gələrək 25 il sonra yenidən Çempionlar Liqasının yarımfinalına yüksəlib.