Fransanın PSJ klubunun yay transfer dönəmində 70 milyon avro xərcləmək niyyətindədir.  

Offsideplus.az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, paytaxt klubu bu məbləğə sağ cinah və mərkəz müdafiəçisi, yarımmüdafiəçi və hücumçu əldə etməyi planlaşdırır.

PSJ mərkəz müdafiəçisi mövqeyində İngiltərənin "Çelsi" klubundan Kurt Zumanı görmək istəyir. London təmsilçisi futbolçusu üçün 30 milyon avro tələb edir.