PSJ-nin hücumçusu Neymarla bağlı istintaq başladılıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun anası Nadin Qonsalveslə onun keçmiş sevgilisi Tyaqo Ramos arasında yaşanan mübahisəyə qarışması olub. Hadisədən sonra Neymarın dostları ilə olan qrupuna atdığı səsyazısı məsələni yenidən gündəmə gətirib. Həmin səsyazısında Neymarın və dostlarının Tyaqo Ramosu təhdid edən fikirləri var.

Bununla bağlı prokurorluğa şikayət ünvanlanıb. Eyni zamanda, səsyazma da San-Paulo prokurorluğuna verilib. Neymarın günahkar olduğu sübuta yetirilsə, barəsində həbs qərarı verilə bilər.

Qeyd edək ki, Nadin Qonsalveslə Tyaqo Ramos arasında yaşanmış son mübahisədən sonra “4k Easy” klubunun heyətində “Free Fire” mobil qurğular üçün kral döyüşlərində iştirak edən Tyaqo hadisədən bir qədər sonra qolunda kəsiklərlə xəstəxanaya yerləşdirilib. Həkimlər onun qoluna 12 tikiş qoyublar.

Daha sonra cütlük ifadə vermək üçün polis bölməsinə çağırılıb. Hadisənin hansı şəraitdə baş verdiyi bəlli deyil.