“Olimpik” (Lion) klubu İspaniya “Vilyarreal”ından icarəyə götürdüyü kamerunlu hücumçu Karl Toko Ekambinin transfer hüquqlarını da alıb.

Offsideplus.az xəbər verir ki,  27 yaşlı oyunçu ilə 4 illik müqavilə imzalanıb.Fransa klubu bu transferə görə qarşı tərəfə 11.5 milyon avro ödəyib. 

Qeyd edək ki, bu ilin yanvarında “Olimpik”ə icarəyə verilən Ekambi, meydana çıxdığı 8 oyunda 2 qola imza atıb