Fransanın "Monpelye" klubu futbolçusu Vitorino Hiltonla yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 42 yaşlı müdafiəçi ilə müqavilənin müddəti 2020/2021 mövsümünün sonuna kimi uzadılıb.

Qeyd edək ki, Hilton 2011-ci ildən Fransa klubunda oynayır. O, bu mövsüm 33 qarşılaşmada 1 qol vurub.