Koronavirus pandemiyası səbəbindən XXVIII turdan sonra mövsümün başa çatdırıldığı Fransa Liqa1-də bombardir elan edilib.

Offsideplus.az xəbər verir ki, bu ada çempion PSJ-nin hücumçusu Kilian Mbappe layiq görülüb.

Mbappe ilə "Monako"nun hücumçusu Vissam Ben Yedder eyni sayda fərqləniblər - 18. Hər iki futbolçunun məhsuldar ötürmə sayı da eyni olub - 5. Lakin Ben Yedder toplardan 3-nə penaltidən imza atıbsa, Mbappe hamısını oyun epizodundan vurub. Həmçinin Ben Yedder bu saya çatmaq üçün 26, Mbappe isə 20 matçda meydana çıxıb. Bunları nəzərə alan Liqa1 rəhbərliyi Mbappeni mövsümün bombardiri seçib.