Fransada dayandırılan futbol mövsümünün bərpası ilə bağlı planlar bəlli olub.

Offsideplus.az xəbər verir ki, ilkin olaraq qarşılaşmalar ölkə kuboku və Liqa kubokunun final matçlarından sonra keçiriləcək. Bunu Fransa Futbol Federasiyasının prezident Noel Le Qre açıqlayıb.

Matçlardan biri iyunun 13-də və ya 20-də, digəri isə 3 gün sonra baş tutacaq.

Qeyd edək ki, PSJ ölkə kubokunda “Sent-Etyenn”, Liqa kubokunda “Lion”u sınağa çəkəcək.