“Yuventus”un sabiq baş məşqçisi Massimiliano Alleqri PSJ-ni çalışdıra bilər.
Offsideplus.az Fransa mətbuatına istinadən xəbər verir ki, rəhbərlik Tomas Tuxellə yolları ayırlmağı düşünür. Onun yerinə isə ilk namizəd italiyalı mütəxəssisdir. Fransa mətbuatı PSJ rəhbərliyinin Alleqri ilə danışıqlara başladığını iddia edir.
Qeyd edək ki, son iş yeri “Yuventus” olan Alleqri mövsümün sonuna qədər heç bir klubda işləməyəcəyini açıqlamışdı.