“Strasburq” klubu baş məşqçisi Tyerri Loren ilə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, Fransa təmsilçisi 56 yaşlı mütəxəssislə müddəti 2021-ci ilin yayına qədər olan yeni razılaşma əldə edilib.

Qeyd edək ki, “Strasburq” Liqa 1-də 11-ci sıradadır.