"Monako" futbolçusu Aleksandr Qolovinlə müqavilənin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, knyazlıq təmsilçisi rusiyalı yarımmüdafiəçi ilə 4 illik saziş imzalayıb.

2018-ci ildən "Monako"da çıxış edən 23 yaşlı futbolçu 65 oyunda 7 qol vurub, 8 assist edib.