PSJ klubu dünən Fransa kubokunun yarımfinalında “Lion”u məğlub edib.

Offsideplus.az xəbər verir ki, 5:1 hesabı ilə sona çatan görüş paytaxt  təmsilçisinin hücumçusu Edinson Kavani üçün əlamətdar olub. Belə ki, “Lion”la matçda forma geyinən Kavani, PSJ ilə 300-cü rəsmi matçına çıxıb.

Təcrübəli forvard PSJ tarixində ən çox oyun keçirən 9-cu futbolçu olub.