PSJ-nin forvardı Neymar ad gününü qeyd edib.
Offsideplus.az xəbər verir ki, 28-ci doğum gününə həsr olunmuş ziyafətdə çıxış edən braziliyalı, dəvətini qəbul edən ailəsinə və komanda yoldaşlarına təşəkkür edərək qısa nitq söyləyib. Neymar "ilk dəfə Parisdə özünü tamamilə xoşbəxt hiss etdiyini və bu mövsüm bütün turnirlərdə qalib gəlmək üçün hər şeyi edəcəyini" vurğulayıb.
Hücumçu "Nantes"lə oyunda (2:1) zədə səbəbindənb iştirak etməyib. Neymarın sağalması üçün bir həftə lazım olacaq. Onun bazar günü keçiriləcək "Lyon"la matçda iştirak edəcəyi gözlənilir.
Bununla belə, PSJ fevralın 18-də Çempionlar Liqasının 1/8 final matçında Dortmund "Borussiya"sına qarşı keçiriləcək oyun üçün tədbirli davranacaq. Neymar 100% hazır olduğu halda, "Lyon"la oyunda meydana çıxıacaq.