PSJ klubu ciddi itki ilə üzləşib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisinin futbolçusu Keylor Navas zədələnib. Fransa Liqa 1-in 13-cü turunun “Brest”lə oyunundan (2:1) əvvəl zədələnən Navas, azı 10 gün yaşıl meydanlardan uzaq qalacaq.

32 yaşlı qapıçı zədə səbəbiylə Kosta Rika millisinin KONKAKAF Millətlər Liqasında Kurasao və Haiti milli komandası ilə qarşılaşacağı oyunlarda iştirak etməyəcək.