18 yaşlı futbolçu quldurluq etdiyini boynuna alıb "Nitsa"nın hücumçusu Lamine Diabi komanda yoldaşı Kasper Dolberqin 70 min avroluq saatını oğurlayıb.
Onun bu quldurluğunun üstü açıldıqdan sonra klubdan qovulub. 18 yaşlı futbolçu quldurluq etdiyini boynuna alıb.
Futbolçu üzr istəyib və saatın kompensasiyasını ödəyəcəyini deyib.
Qeyd edək ki, Dolberqin saatı sentyabrın 19-u paltardəyişmə otağından oğurlanmışdı.
"Nitsa" 21 yaşlı Dolberqi bu yay "Ayaks"dan 20,5 milyon avroya transfer etmişdi.(trend.az)