Fransanın “Monako” klubu heyətini yeni futbolçu ilə gücləndirib. 

Offsideplus.az xəbər verir ki, Liqa 1 təmsilçisi son mövsümü Türkiyənin “Qalatasaray” klubunda keçirmiş Henri Onyekurunu transfer edib.
 Müqavilə ilə İngiltərənin “Everton” klubuna məxsus olan 22 yaşlı nigeriyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Onyekuru 2017-ci ildə Belçikanın “Eupen” klubundan transfer olunduğu “Everton”da heç bir rəsmi oyun keçirməyib.  O, geridə qalan mövsümdə “Qalatasaray”ın heyətində 44 oyuna çıxıb, 16 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.