PSJ baş məşqçisi Tomas Tuhellə bağlı qərarını verib.

Offsideplus.az-ın "L`Equipe" nəşrinə istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssisə yeni müqavilə təklif olunacaq. Çempionlar Liqasındakı uğursuzluğa baxmayaraq, klub rəhbərliyi çalışdırıcının 2020-ci ildə başa çatacaq sözləşməsinin müddətini daha bir il uzatmaq istəyir.
Qeyd edək ki, PSJ 1/8 final mərhələsində "Mançester Yunayted"ə uduzaraq, ÇL-də mübarizəni dayandırıb.