PSJ-nin yarımmüdafiəçisi Adrien Rabyo qəribə addım atıb.
Offsideplus.az "Diario Sport"a istinadən xəbər verir ki, fransız futbolçu agentliyini edən anası Veronika Rabyonu işdən azad edib. 23 yaşlı futbolçu anasının onu ötən yay "Barselona"ya transfer edə bilmədiyi üçün belə qərar verib.
Rabyo PSJ-nin yetirməsidir və onun klubla olan müqaviləsinin müddəti mövsümün sonunda bitəcək.