PSJ-nin futbolçusu Neymar Braziliyaya gedəcək.
Offsideplus.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, zədədən əziyyət çəkən 27 yaşlı hücumçu ölkəsində 10 günlük xüsusi müalicə kursu keçəcək.
Qeyd edək ki, Neymar yanvarda Fransa kubokunun 1/16 finalında "Strasburq"la matçın (2:0) 62-ci dəqiqəsində ayağından zədə alıb. Onun martın sonuna kimi oynamayacağı gözlənilir.