Leonardu Jardim yenidən "Monako" futbol komandasının baş məşqçi vəzifəsinə qayıdıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən məlumatına görə, 44 yaşlı mütəxəssis Tyerri Anrini əvəzləyib.
O, daha əvvəl 2014-cü ildən tutduğu vəzifəni 2018-ci il oktyabrın 11-də tərk edib. Həm Jardim, həm də Anri uğursuz nəticələrlə əlaqədar kənarlaşdırılıblar.
Qeyd edək ki, 21 turdan sonra 15 xal yığan "Monako" Fransa çempionatında 19-cu pillədə qərarlaşıb. "Knyazlıq klubu" bu gün "Dijon"un qonağı olacaq.
Daha əvvəl bildirilirdi ki, "Monako" klubu komandanın əvvəlki baş məşqçisi Leonardu Jardim ilə danışıqlara başlayıb.