“Nitsa” klubunun italiyalı hücumçusu Mario Balotellinin “Marsel”ə keçidi rəsmiləşib.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu azad agent kimi bu mövsümün sonuna kimi müqavilə imzalayıb.
Qeyd edək ki, "Nitsa"da baş məşqçi Patrik Vieyra ilə yola getməyən Balotelli bu mövsüm cəmi 10 oyun keçirib.