Uruqvay millisinin və PSJ-nin futbolçusu Edinson Kavani karyerasını Çində davam etdirmək istəməyib.

Offsideplus.az xəbər verir ki, hücumçu “Dalyan İfan”ın təklifindən imtina edib.

Asiyalılar müqaviləsi 2020-ci ilin yayında başa çatan cənubi amerikalının transferində maraqlı olsa da, Edinsonun istəyi çinlilərin arzusunu gözündə qoyub. Hücumçu karyerasını Avropada davam etdirəcəyini gizlətməyib.

Hazırda İngiltərə “Çelsi”si və İspaniya “Atletiko”su 31 yaşlı forvardı heyətində görmək istəyir.

Qeyd edək ki, 2013-cü ildən PSJ-də çıxış edən Kavani “Napoli”dən 64,5 milyon avroya transfer olunmuşdu. Bu müddətdə 265 oyuna çıxan hücumçu 183 qol vurub.(matc.az)