Fransa millisinə rəhbərlik edən Didye Deşam ölkənin ən yaxşı baş məşqçisi seçilib.
Offsideplus.az xəbər verir ki, 51 yaşlı mütəxəssis "France Football"ın baş redaktoru və ötən illərin qaliblərindən ibarət xüsusi münsiflər heyətinin sorğusu nəticəsində üçüncü dəfə bu ada layiq görülüb.
Deşam 2003 və 2010-cu illərdə də bu mükafata sahib çıxıb. Lakin həmin vaxt o, müvafiq olaraq "Monako" və "Marsel"in “sükanı arxasında” çalışırdı.
Qeyd edək ki, Didye Deşam ötən il Fransa millisini dünya çempionu etməklə bərabər, FIFA versiyası üzrə ən yaxşı baş məşqçi sayılıb. Lakin Rusiyadakı mundialdan sonra "xoruzlar" qrupda 2-ci yeri tutaraq, UEFA Millətlər Liqasının pley-off mərhələsinə yüksələ bilməyiblər.