PSJ-nin baş məşqçisi Unay Emeri komanda daxilində baş verənləri mətbuata sızdıran şəxsin adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Emeri PSJ-nin sabiq futbolçusu Lukas Mouranın düşərgədə baş verənləri jurnalistlərə çatdırdığını bildirib. O, Neymarla Edinson Kavani arasında baş verən münaqişəni də mətbuata Mouranın ötürdüyünü deyib.
Bu şübhələrdən sonra braziliyalı futbolçunu az-az meydana buraxıblar, daha sonra isə satıblar.
Həmyerlisi “Tottenhem”ə satılarkən, Neymar klub rəhbərliyinə öz narazılığını bildirib. Emeri bildirib ki, futbolçu onun yox, klub rəhbərliyinin istəyi ilə satılıb.