“Monako”nun baş məşqçisi kimi çıxdığı 6 oyunda qələbə qazana bilməyən Tyerri Anri, PSJ-yə 0:4 hesabıyla məğlub olduqları matçdan sonra diqqətçəkən açıqlamalar verib.
Offsideplus.az xəbər verir ki, 41 yaşlı mütəxəssis komandadakı zədəlilərdən gileylənib:
“Çətin olacağını bilirdik. “Brügge”yə qarşı şansımız bir az vardı, ancaq PSJ ilə oyunda əvvəldən görünən məğlubiyyəti aldıq. Onlarla aramızda səviyyə baxımından böyük fərq var. Komandada zədəlilərin sayı çoxdur. Bu oyunda daha iki futbolçumuzu itirdik. Bu, həddindən artıq çoxdur. Bəlkə də, həkimlik lisenziyası almalıyam. Mübarizə aparmağa davam edəcəm. Müsbət düşünməyə davam etmək vacibdir”.
“Knyazlıq klubu” Fransa Liqa 1-də keçirilən 13 turdan sonra 7 xal toplayaraq, turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.