Real-ın aparıcı futbolçularından hesab olunan Rafael Varan zədələnib. 

Offsideplus.az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçi La Liqanın X turunda Barcelona ilə səfər matçında xəsarət alıb. 

Madrid klubunun baş məşqçisi Xulen Lopetegi oyunçunu ikinci hissədə taktiki gedişə görə meydana buraxmayıb. Lakin Varanın əzələ zədəsi ilə əlaqədar oyuna davam edə bilmədiyi müəyyənləşib. Fransalı futbolçunun hansı müddətə yaşıl meydanlardan kənarda qalacağı bəlli deyil. 

Qeyd edək ki, Barcelona - Real Madrid matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.