"El-Klassiko" İngiltərədə keçirilə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Daily Mail" nəşri yayıb.
Kataloniya təmsilçisi La Liqanın XXXV turunda keçirilməli olan görüşün İngiltərə baş tutmasını istəyir. "Barselona" rəhbərliyinin əsas məqsədi qarşılaşmanın "Uembli"də oynanılmasıdır. Buna səbəb "Kamp Nou"nun təmirə bağlanmasıdır. Klub La Liqa rəhbərliyinə məsələ ilə bağlı müraciət edib. Qurum kataloniyalıların təklifinə isti yanaşır.
Qeyd edək ki, "Barselona" ev oyunlarını Olimpiya stadionunda keçirir.