"Barselona" oyundankənar vəziyyətlərin yaradılmasına görə, Avropa klubları arasında aparıcı mövqeydədir.

Offsideplus.az xəbər verir ki, bu barədə "Opta Sports" məlumat yayıb.

Mənbəyə görə, Kataloniya təmsilçisi cari mövsümdə 99 oyundankənar vəziyyət yaradıb. Bu isə hər oyun başına 6,6 "tələ" deməkdir. "Blaugrana" göstəricisinə görə, Avropada zirvədədir.

Qeyd edək ki, "Barselona" İspaniya La Liqasında 33 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb.