Ermənistan Futbol Federasiyası milli komandanın baş məşqçi vəzifəsinə əfsanəvi futbolçu Raulu gətirmək istəyir.

Offsideplus.az xəbər verir ki, bu barədə federasiyanın vitse-prezidenti Armen Nikoqosyan məlumat yayıb. O, ispan mütəxəssislə danışıqların aparıldığını bildirib. 

Qeyd edək ki, Raul hazırda "Real Madrid"in ikinci komandası "Kastilya"nın baş məşqçisidir.