"Atletiko"nun sabiq forvardı Alvaro Morata Madrid klubunun heyətində çıxış etdiyi dönəmdə ona yönələn ağır tənqidlərdən söhbət açıb.
Offsideplus.az xəbər verir ki , ispaniyalı futbolçu "Munde Deportivo"ya bunları söyləyib:
"Hər dəfə uşaqlarımla vaxt keçirəndə elə məqam olurdu ki, insanlar oyunlarda baş vermiş hadisələr barədə mənimlə danışırdılar, bəzən hətta qəzəbsiz. Nəhayət, adi bir atanın öz uşaqları ilə etdiyi kimi, uşaqlar da mənimlə dükan-bazara getmək istəyindən soyumağa başladılar".
Qeydə edək ki, Alvaro Morata bu ilin yayında, iyulda Madrid "Atletiko"sundan ayrılaraq "Milan"a keçib
.