"Real"ın David Alabanın yoxluğu və Dani Karvahalın zədələndiyi bir vaxtda Serxio Ramosu heyətinə cəlb etmək istədiyi ilə bağlı informasiyalar yayılmışdı.

Offsideplus.az xəbər verir ki, "kral klubu" sabiq futbolçusunu komandaya gətirməkdə heç də istəkli deyil. Bu barədə "Marca" nəşri məlumat verib.

Flprentino Perez oyunçunun yaşının çox olması səbəbilə fikrindən daşınıb.

Qeyd edək ki, Ramos ötən mövsüm "Sevilya" forması ilə 37 matçda 7 qola və 1 məhsuldar ötürməyə imza atıb.